İmran Xan koronavirusa yoluxub

20 Mart 2021 15:03 (UTC+04:00)

Pakistanın baş naziri İmran Xana COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Faysal Sultan tvitterdə yazıb.

Səhiyyə naziri hökumət başçısının özünü təcrid etdiyini bildirib.