Güləşçimiz erməni Avropa çempionuna qalib gəldi

20 Mart 2021 19:25 (UTC+04:00)

Azərbaycan yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Ermənistan təmsilçisi Gevorq Qaribyanla üz-üzə gəlib.

Son Avropa çempionu ilə qarşılaşma 60 kq çəki dərəcəsində 1/4 final görüşünə təsadüf edib. İlk hissəni 5:0 hesablı üstünlüklə başa vuran Məmmədov ikinci hissədə rəqibinə cəmi 1 xal verib. Beləliklə, Azərbaycan təmsilçisi 5:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

AzNews.az