Zəfər Muzeyi və Memorial kompleksin tikiləcəyi yer müəyən edilib

20 Mart 2021 21:14 (UTC+04:00)

Zəfəri Muzeyi və Memorial Kompleksin inşa ediləcəyi ərazi müəyyən edilib.

Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.

O bildirib ki, artıq muzeyin və Memorial kompleksin inşa ediləcəyi məkan müəyyənləşib: "Zəfər Muzeyi və Memorial Kompleks Bakının Xətai rayonunda Hərbi Qənimətlər Parkının ərazisində inşa ediləcək".(Apa)

AzNews.az