Ali Baş Komandan ata vəsiyyətini və xalqımızın arzusunu həyata keçirdi - Hikmət Hacıyev VİDEO

21 Mart 2021 12:38 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Allah Ulu Öndərə rəhmət eləsin! Ruhu şaddır! Ali Baş Komandan ata vəsiyyətini və xalqımızın "Gələn Novruz Qarabağda, Şuşada" arzusunu və diləyini həyata keçirdi. "QARABAĞ AZƏRBAYCANDIR".