Bu gündən 40 yaşlıların peyvəndlənməsinə başlanılır

22 Mart 2021 09:00 (UTC+04:00)

Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunacaq.

AzNews.az xəbər verir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.