Azərbaycanda informasiya və rabitə xidmətləri 4 %-dən çox azalıb

22 Mart 2021 11:34 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 354,9 milyon manatlıq xidmətlərin 75 %-i əhali sektoruna aid olub.

AzNews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-fevral aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 4,5 % azalıb, bu sahədə əldə edilmiş gəlirin 79,7 %-i qeyri-dövlət sektorunun payına düşüb.