Qazaxda iki bacı dəm qazından zəhərlənib

22 Mart 2021 16:12 (UTC+04:00)

Hadisə rayonun Canalı kəndində baş verib.

2004-cü il təvəllüdlü Kazımova Nuray Füzuli qızı və onun bacısı, 2007-ci il təvəllüdlü Kazımova Günay Füzuli qızı yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

Xəstəxanaya yerləşdirilən bacıların vəziyyətlərinin kafi olduğu bildirilir. (APA)