"Facebook" 1,3 mlrd. saxta hesabı bloklayıb

22 Mart 2021 17:00 (UTC+04:00)

2020-ci ilin oktyabr-dekabr aylarında "Facebook" sosial şəbəkəsi 1,3 mlrd. "fake" (saxta) hesabı bloklayıb.

Bu barədə "Facebook Inc" şirkəti özü məlumat verib.

Bundan əlavə, qlobal səhiyyə mütəxəssisləri tərəfindən dezinformasiya kimi qiymətləndirilən vaksinasiya və COVID-19 haqqında müxtəlif növ və formatda olan 12 mln. vahid məlumat "Facebook" tərəfindən silinib.