Britaniyada son 6 ayda ilk dəfə koronavirusdan ən aşağı ölüm sayı qeydə alınıb

22 Mart 2021 23:59 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 5342 nəfər koronavirusa yoluxub. Bu sentyabrdan bəri ilk dəfə qeydə alınan sutkalıq ən aşağı göstəricidir.

Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 301 925 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 17 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 172 nəfərə çatıb.

AzNews.az