Azərbaycanda zəlzələ olub

23 Mart 2021 09:07 (UTC+04:00)

Martın 23-də yerli vaxtla saat 07:08-də Qazax stansiyasından 41 kilometr şimal-şərqdə Tovuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Tovuz rayonunda 3 bal olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.