“Facebook”dan maraqlı yenilik

13 İyun 2013 15:19 (UTC+04:00)
"Facebook" sosial şəbəkəsi istifadəçilərin bütün məlumatlarını müəyyən mövzuya uyğun qruplaşdırmağa imkan verən hashtag funksiyasını işə salır.

AzNews.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, şəbəkə nümayəndələri bildirib ki, indiyədək nəyin baş verməsi və ya insanların nə barədə danışması haqqında şəbəkədə dolğun məlumat əldə etmək üçün sadə üsul olmayıb.

Bu məqsədlə sosial şəbəkə tərtibatçıları bir sıra funksiyalar tətbiq edirlər ki, bu da böyük hadisələr, məşhur insanlar və ya trend mövzular haqqında maraqlı diskussiyaları izləməyə imkan verəcək.

Keçid imkanlı haştaq-lar bu funksiyalardan birincisi olacaq. İstifadəçilər onları öz qeydlərinə artıq Twitterd-dən tanış olduqları # işarəsi ilə əlavə edə biləcəklər. Funksiya üzərinə düyməni basdıqda, istifadəçi digər insanların, qrup və səhifələrin oxşar yazılarla qeydlər toplusunu görəcək.

Anar
AzNews.az