Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək

26 Mart 2021 12:43 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 26-da bildirib.

Onun sözlərinə görə, Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla da görüşəcək.

Görüş aprelin 2-də MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində keçiriləcək. (report)