Yeni doğulan əkizlərin reaksiyası marağa səbəb oldu

26 Mart 2021 15:25 (UTC+04:00)

Liverpulda doğulan və bir-birindən ayrı düşən əkizlər bir araya gətirilərkən maraqlı anlar yaşanıb.

525.az xəbər verir ki, doğuş zamanı həkimlər əkizlərdən birinin 652 qram ağırlığında olduğu üçün yaşaya bilməyəcəyini söyləyiblər. Buna görə də, doğuşdan sonra onları bir-birlərindən ayırıblar. Çəkisi olan Niv adlı körpənin böyrəkləri davam gətirmədiyi üçün onu fərqli məkanda saxlayıb müalicə ediblər.

Vəziyyəti yaxşılaşdıqdan sonra yenidən bir araya gətirilən əkizlərin görüşü maraqlı olub. Belə ki, onlar bir-biri ilə qucaqlaşıblar. Əkizlərin anası belə deyib:

“Doğuşdan sonra onların bir-birlərindən ayrılması dəhşətli idi, amma yenidən bir araya gələndə sevincdən ağladım. Ayaqlarını bir-birlərinə sarıb qucaqlaşırdılar, hətta demək olar ki, bir-birlərinin əllərini tuturdular. Çox sevimli idilər”.