Alman vətəndaşının ölümündə ittiham olunan ailədən - Açıqlama

13 İyun 2013 15:38 (UTC+04:00)



Bu gün alman vətəndaşı Vüsal Şilderlə bağlı yayımlanan yazıda adı çəkilən "Dekabank"ın İdarə Heyətinin Sədri Niyazi Vəliyev onunla bağlı səsləndirilən iddialara cavab verib.

O, "Qafqazinfo"ya açıqlamasında Ağayevlər ailəsi adından çıxış etdiyini və Vüsal Şilderin anasının dediklərinin həqiqətəuyğun olmadığını bildirib:

"Orada mənim və adıçəkilən digər şəxslər barəsində deyilənlər böhtandır və elə bir şey olmayıb. Əgər bir də bizim haqqımızda belə iddialar səslənsə hüquq-mühafizə orqanlanlarına müraciət edəcəyik. O xanımın kədərini də başa düşürəm, lakin baş verənlərlə bizim heç bir əlaqəmiz yoxdur. Lalə ailəlidir, başqasının ailəsini dağıtmaq lazım deyil".

Xatırladaq ki, Niyazi Vəliyev ailənin yaxın qohumudur.

AzNews.az