Azərbaycan hərbçiləri Türkiyədə terrorçularla mübarizə təlimlərində iştirak edib FOTO

26 Mart 2021 23:58 (UTC+04:00)

Azərbaycan ordusunun hərbçiləri Türkiyədə təşkil edilmiş terrorçularla mübarizə təlimlərində iştirak edib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində bildirilib.

Məlumatda deyilir: "Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzinin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun üzvləri olan qardaşlarımıza "Terrorçuyla mübarizə və hava hücumu hərəkatı" üzrə təlimlər keçilib".