İtlərin hücumundan qorxuya düşən məktəbli vəfat etdi

27 Mart 2021 16:30 (UTC+04:00)

Göyçay rayonunda bayram günü papaq atmağa gedən yeniyetmənin üstünə itlərin hücum etməsindən 5 gün sonra o dünyasını dəyişib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu hadisə zamanı qorxaraq stress keçirib.

Kənd məktəbinin 10-cu sinfində təhsil alan A.Ömərov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.