Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 520 nəfəri ötdü

27 Mart 2021 20:27 (UTC+04:00)

Cəbrayıl və Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 5 hərbi qulluqçusunun meyiti aşkarlanıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verib.

Qeyd edilir ki, bununla da noyabrın 13-dən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar zamanı meyiti tapılan ermənilərin sayı 1 523 nəfərə çatıb. Axtarışlar yaxın günlərdə davam etdiriləcək.

AzNews.az