Qohumunun evindən oğurluq edən qadın saxlanıldı

29 Mart 2021 13:44 (UTC+04:00)

Bakıda oğurluq hadisəsi olub.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də rayon ərazisindəki evlərin birindən 500 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, ev sahibəsinin qohumu M.Mustafayeva müəyyən edilərək saxlanılıb.