Türkiyə və Pakistan XİN başçıları Düşənbədə görüşüb

29 Mart 2021 19:12 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi Düşənbədə görüşüblər.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri "Twitter"də bildirib.

Görüşdə Pakistan və Türkiyə arasında qarşılıqlı münasibətlər, habelə Əfaqnıstanda sülh prosesi ilə bağlı son vəziyyət müzakirə olunub.