Topçu Vüsalın yeni fotosu yayıldı

30 Mart 2021 10:47 (UTC+04:00)

Fotoda Topçu Vüsal yenə məğrur duruşu ilə diqqət çəkib.

Həmin fotonu təqdim edirik.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.