Prezident Bakıda 4 saylı DOST mərkəzinin açılışında iştirak edib

30 Mart 2021 10:37 (UTC+04:00)

Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonunda yerləşən 4 saylı DOST mərkəzinin açılışı olub.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış olub.