Rusiya sülhməramlıları Kəlbəcərə 80 ton yükün çatdırılmasını təmin edib

30 Mart 2021 11:22 (UTC+04:00)

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 15 "KamAZ" markalı hərbi avtomobili və yükü müşayiət edən maşınlardan ibarət kolonna Xankəndi – Suqovuşan – Kəlbəcər marşrutu üzrə Kəlbəcər rayonuna 80 ton yük çatdırıb (elektrik avadanlığı, tikinti avadanlığı və materialları).

Nazirlik indiyədək 1 600 ton yükün tranzitinin təşkil edildiyini açıqlayıb.

“Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib” - Müdafiə Nazirliyindən bildirilib.