Azərbaycanda 536 871 nəfər peyvənd olunub

30 Mart 2021 12:42 (UTC+04:00)

Martın 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 926 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.