Azərbaycanda son sutkada 2146 nəfər koronavirusa yoluxub

30 Mart 2021 14:26 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.