"Qalatasaray"ın prezidenti İdarə Heyətindən istefa verdi

30 Mart 2021 15:18 (UTC+04:00)

"Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz Türkiyə Klublar Birliyindən ayrılıb.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 72 yaşlı funksioner qurumun İdarə Heyətindən istefa verib.

Cengizin fikrincə, təşkilatda bəzi klubların ortaq maraqları təmsil olunur.