Vətən müharibəsi iştirakçılarından 3700 nəfəri işlə təmin edilib

30 Mart 2021 17:50 (UTC+04:00)

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xətti olan sosial təminat sistemi daim inkişaf edir. Ötən dövr ərzində sosial ödənişlər 1 milyard 800 milyon manat artıb. Pensiya ödənişləri 36 faiz, müavinət ödənişləri 120 faiz, təqaüd ödənişləri 3,5 dəfə artıb. Bu da orta aylıq göstəricilərə çox ciddi təsir edib”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycan nadir ölkələrdən biridir ki, cəmi üç illik dövr ərzində orta aylıq pensiyanın məbləği 60 faiz artıb:

“Ölkə başçısının tapşırığına uyğun olaraq postmüharibə dövründə müharibə iştirakçıları ilə aktiv fəaliyyətimiz davam edir. Artıq 20 mindən çox şəxsi əhatə etmişik. 1 220 reblitasiya vasitələsini bu şəxslərə artıq təqdim etmişik. Məşğulluq proqramlarımız isə 3700 şəxsi əhatə edib”.