ÜST-ün Baş direktoru: “Koronavirusun mənşəyi hələ tam müəyyənləşməyib”

30 Mart 2021 19:46 (UTC+04:00)

“Koronavirusun mənşəyi hələ tam müəyyənləşməyib”.

TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Baş direktoru Tedros Qebreyesus bildirib.

O, COVID-19-un mənşəyinin bütün mümkün versiyalarının nəzərdən keçirilməsi prosesinin davam etdiyini vurğulayıb.