Xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub

31 Mart 2021 13:04 (UTC+04:00)

Xalq artisti Bəsti Cəfərova xəstəxanaya yerləşdirilib.

AzNews.az bildirir ki, bu barədə qızı Fidan Cəfərova məlumat verib.

O, anasının COVID-19 testinin pozitiv çıxdığını və bu gün səhər “Yeni Klinika”ya yerləşdirildiyini deyib: "Bir neçə gün idi ki, anamda hərarət, halsızlıq, ürəkbulanma var idi. İki gün əvvəl test verdi və cavab bu gün çıxdı. Hazırda xəstəxanadadır. Həkimlər səhhətinin stabil olduğunu deyirlər". (Apa)