ANAMA-nın əməkdaşı: “Ermənilər çoxlu sayda tələ mina basdırıblar” VİDEO/FOTO

31 Mart 2021 14:17 (UTC+04:00)

“Ermənilər işğal altında saxladıqları ərazilərə gözlədiyimizdən də çox mina basdırıblar”.

Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib.

Onun sözlərinə görə, bəzən 1 kv.m yerdə 4-5, 100 kv.m yerdə isə 50-60 mina aşkarlanır: “Ermənilər çoxlu sayda tələ mina da basdırıblar. Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır”. (Apa)