“Ramazan bayramından sonra Şuşanı ziyarət etmək istəyirik”

31 Mart 2021 16:45 (UTC+04:00)

“Ramazan ayından sonra qardaşımla (Prezident İlham Əliyev nəzərdə tutulur - red.) birgə Şuşaya ziyarət edəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

“Azərbaycanın bu bölgəni ayağa qaldırmaq üçün bütün məcburi köçkün qardaşlarımızın öz torpaqlarına dönməsini çox vacib sayıram.

Ramazan bayramından sonra Şuşanı ziyarət etməklə, Şuşada yeni bir bayram yaşamağı istəyirik”.