MSK-ya hesabat verən siyasi partiyaların sayı 35-ə çatıb

31 Mart 2021 17:18 (UTC+04:00)

Bu ilin əvvəlindən indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı açıqlanıb.

Dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 35-i illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Hesabatların verilməsi prosesi hazırda davam edir.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.