Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş başlayıb

1 Aprel 2021 18:19 (UTC+04:00)

Görüş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilir.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfərə gəlib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalı nazirin azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyini açıqlayıb. (APA)