Paşinyan yenə Putinin ayağına gedəcək

2 Aprel 2021 10:51 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan 7 apreldə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

O, bununla əlaqədar olaraq, hökumət başçısının 2 apreldən bəri özünü təcrid etdiyini bildirib. Xatırladaq ki, Paşinyanla Putin sonuncu dəfə cari ilin 11 yanvarında Moskvada görüşüblər.

AzNews.az