Millət vəkili “Tərtər işi”ndən danışdı

2 Aprel 2021 11:24 (UTC+04:00)

“Aprel döyüşlərindən sonra orduda bir sıra neqativ halların baş verməsi, bir sıra insanların qanunsuz olaraq istintaqa cəlb edilməsi bu gün sosial şəbəkələrdə müzakirə olunur. Dövləti sevməyən insanlar bunu dövlətə qarşı ittiham kimi səsləndirirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Tərtər hadisələrinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu hadisələrə dövlət orqanları nəzər yetirməlidir: “Ayrı-ayrı vəzifəli şəxslərin törətdiyi cinayətlər dövlətin adına yazılmamalıdır. Ona görə də bu məsələlərə aidiyyatı qurumlar tərəfindən cavab verilməlidir. Dövlətə bu cür ittihamlar səsləndirilməməlidir. Ordu müqəddəs yerdir. Bu müqəddəsliyi qoruyub saxlamalıyıq. Əks halda bu gələcəkdə hər hansı hadisələrin qarşısının alınmasında ruh düşkünlüyünə səbəb ola bilər”.