Ramanada 30 şəhid və qazi ailəsinə mənzil verildi

2 Aprel 2021 13:58 (UTC+04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 şəhid və qazi ailəsinə mənzil təqdim olunub.

AzNews.az xəbər verir ki, yeni mənzillər Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyindədir. Kompleks bütün zəruri infrastrukturla təmin olunub.
Qeyd olunub ki, bu günə kimi 9300 şəhid ailəsi və qaziyə mənzil və evlərin verilməsi təmin olunub. Yaxın 5 il ərzində bu kateqoriyadan olan daha 11 min şəxsin evlə təmin olunması nəzərdə tutulub.