"Ermənistanda revanş haqqında düşünənlər unutmasınlar ki..." - Sahib Alıyev

2 Aprel 2021 15:15 (UTC+04:00)

"Hörmətli xanım sədr, dəyərli həmkarlar, İnsan hüquqları üzrə müvəkkilin məruzəsi sadəcə Konstitusiyanın 14-cü maddəsinə uyğun hazırlanmayıb, özündə 5 qrup hüquq və azadlıq məsələlərini ehtiva etməklə təfsilatlı hazılanıb, burada ayrı-ayrı qurumlarda informsiya sorğularnın necə cavablandırılmasıyla bağlı faktlardan tutmuş, xaricdə yaşayan soydaşlarımızın üzləşdikləri çətinliklər, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarındakı vəziyyətin araşdırılması, Vətən Müharibəsi zamanı Ermənistanın dinc vətəndaşalrımıza qarşı törətdiyi hərbi cinayətlərin beynəlxalq müstəviyə çıxarılmasınadək ombudsman institutunun fəaliyyət sahələri haqda tam mənzərə öz əksini tapıb".

Bu sözləri millət vəkili Sahib Alıyev Milli Məclisin bu gün keçirilən iclasında deyib. Deputatın çıxışının tam mətni belədir:

"Məruzənin müsbət tərəflərindən biri budur ki, təkcə insan hüquq və azadlıqlarının təmini sahəsində yerinə yetirilən deyil, yetirilməsi gərəkən məsələlər də vurğulanıb, onların həlli yönündə təkliflər verilib..
Burada şəhid ailələri və veteranların aldıqları mənzillərin istismar müddətində normal yaşam tələblərinə cavab verib-verməməsinin davamlı nəzarətdə saxlanması, güzəştli şərtlərlə mənzil əldə etmiş, lakin sonradan xidmət yerini dəyişmiş hərbi qulluqçulara kirayə haqqı üçün kompensasiya ödənməsi, mənzili olmayanlara ayrılan kompensasiyanın artırılmaslı, təhsil, səhiyyə müəssisələrində və bir çox başqa yerlərdə qida rasionunun çağdaş dövrün standarlarına uyğunlaşdırılması, pulsuz dərmanların siyahısının təkmilləşdirlməsi, onların keyfiyyətilə bağlı problemlərin aradan qaldırılması, Aliment Fondunun təsisi, həbsdə olan vətəndaşlarımızın doğmaları ilə görüntülü danışmaları və onların ali təhsil almalarına şərait yaradılması üçün Cəzalarıın İcrası Məcəlləsinə dəyişikliyin edilməsi, pensiya yaşına az qalanların ixtisarının qadağan olunması kimi təkliflər var ki, onları dəstəkləyir və həllini zəruri sayıram.

Məruzədə vəzifəli şəxslərin vətəndaşların şərəf və ləyaqətini alçatması faktlarına adekvat münasibət sərgiləməsi də öz əksini tapıb ki, mən bunu da müsbət qiymətləndirirəm.

Eyni zamanda bu fikirdəyəm ki, ombudsman institutu vəzifəli şəxslərin də şərəf və ləyaqətlərinin alçaldılması faktlarına biganə qalmamalıdır.

İnsan hüqüqlarının pozulmasının digər aspektləriylə bağlı xarici ölkələrlə əməkdaşlıq fikrimcə, bu qəbildən olan məsələlərdə də diqqət mərkəzində olmalıdır. Cənab Prezident başda olmaqla Azərbaycandakı vəzifəli şəxslər və ailə üzvləri sosial media adlandırılan beynəlxalq sosial platformalarda çox alçaqcasına təhqir olunurlar. Və bütün bunların arxasında həmən təhqir edənlərin yerləşdikləri ölkələrinin bəlli strukturlarının durduğu, ən azından onların buna həvəsləndirildiyi heç kəsə sirr deyil.

İnsan haqları üzrə müvəkkil bütün buları əcnəbi həmkarlarının diqqətinə çatdırmalı, beynəlxalq sosial platformalr qarşısında məsələ qaldırmalıdır ki, bəlli çevrələrin tapşırıqlarını yerinə yetirirək insanlar arasında bir-birnə niftər aşılamağa çalışan, açıq təhqirə, söyüşə, əxlaq normalarına sığmayan digər qanunazidd əməllərə yol verənlərin akkauntları bağlansın. Ən azından onların bu cür hallara yol verilən çıxış və yazılar anındaca bloklansın.

Və benəlxalq müstəvidəki fəaliyyətdən söz düşmükən, mən bu fikirdəyəm ki, Qarabağda hələlik bizim dövlət qurumlarının tam fəaliyyət göstərmədiyi yerlərdə insan haqlarının pozulması məsələsi də davamlı izlənməlidir. Orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşalrının pozulan hüquqları da hesabatlara salınmalı, beynəlxaql qurumların da diqqətinə çatdırılmalıdır.

Eyni zmanda torpaqlarımızın işğaldan azad edilməsindən sonra hüquqları təmin olunan və olunmaq şansı yarananlarla yanaşı hələlik belə bir şansın verilmədiyi insanlar da var ki, bunların problemlərdi də beynəlxlaq platformalarda qaldırlmalıdır. Söhbət indi Ermənistan adlalan torpaqlardakı, öz doğma yurd yerlərindən qovulan azərbaycanlılardan gedir. Onların öz doğma obalarına qayıtmaları təmin edilməlidir. Bir halda Azərbaycanla Ermənistan arasında sovet dönəmindəki sərhədlər bərpa edilir, onda azərbaycanlıalra da şərait yaradılmaldır ki, əsrlər boyu kompakt yaşadıqları kənd və qəsəbələrə qayıtsınlar. Əgər erməni Qarabağda yaşayırsa, nə üçün azərbaycanlı da indi Ermənistan adlanan ölkədə əsrlər boyu yaşadığı torpaqlara qayıtmasın?!
Əlbəttə, meqapolisdə və digər şəhərlərdə yaşayanların təzədən evlərinə qayıtmaları elə də asan məsələ deyil, amma bir daha vurğulayıram o yerlər ki, sırf azərbaycanlıların yaşayış məskənləri idi, onlar ora qayıtmaldırlar. Ermənistan rəhbərliyi orda doğulub-bəyüyən, kökləri ora bağlı azərbaycanlıların bu haqlarını tanımalıdır və İnsan haqları üzrə müvəkkilimiz də bu məsələni davamlı olaraq beynəlxaq müstəvidə qabartmalıdır. Həm də ona görə qabartmaldır ki, Ermənistanda revanşizm haqqında düşünənlər, əsassız tələblər irəli sürənlər belə bir reallğın olduğunu və bizim bununla heç vaxt barışmayacağımızı da unutmasınlar. Və Azərbaycan Prezidenti cənab İlham Əliyevin biz Göyçəyə, Zəngəzura, İrəvana qayıdacağıq sözlərini də unutmasınlar. Onun “Qarabağ Azərbaycandır və nida” bəyanatı necə reallaşdısa, qayıdış haqda dedikləri də gec-tez baş tutacaq. Diqqətinizə görə təşəkkür edirəm".

AzNews.az