Bir gecədə 3 maşın yandı

14 İyun 2013 07:16 (UTC+04:00)
İyunun 14-də gecə saatlarında ölkənin müxtəlif bölgələrində 3 minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Abşeron şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bərdə rayonu, Qaradəmirçi kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Opel" markalı minik avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub.

Elnarə
AzNews.az