Azərbaycan Premyer Liqasında XXI tur başlayır

3 Aprel 2021 09:24 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilcək.

İlk oyun günündə bir qarşılaşma keçiriləcək.

30 xalla üçüncü pillədə qərarlaşan "Zirə" 18 xalla 6-cı yeri tutan "Səbail"in qonağı olacaq. "Qartallar"ın heyətində 3 futbolçu - Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyev koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar.

"ASCO Arena"dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəlib. Bunların 3-də meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıb. Topların fərqində də "Zirə"nin üstünlüyü var - 17:8.

“Zirə” son 4 çempionat oyununda rəqibinə uduzmayıb. Meydan sahibləri evdəki son 3 matçda qol vurmağı bacarıb.

Azərbaycan Premyer Liqası, XXI tur

3 aprel (şənbə)

17:30. “Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”

Qeyd edək ki, XXI turun "Neftçi" - "Sumqayıt", "Sabah" - "Qəbələ" və "Keşlə" - Qarabağ" matçları aprelin 4-də olacaq.