Türkiyədə Polad Həşimov adına park açılacaq

3 Aprel 2021 14:15 (UTC+04:00)

Türkiyənin İzmit şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park açılacaq.

Bu barədə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar məlumat verib.

Bilal Dündar bilidirib ki, sözügedən parkda şəhid Polad Həşimovun abidəsi də ucaldılacaq.

Onun sözlərinə görə, sözügedən parkın açılması ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyetlə aparılan danışıqlar zamanı razılıq əldə olunub.

Bilal Dündar yaxın vaxtlarda sözügedən parkın açılış mərasiminin keçiriləcəyini söyləyib. (demokrat.az)