Azadlıq meydanında mitinq keçirilməsinə icazə verildi

14 İyun 2013 07:41 (UTC+04:00)
İrəvan bələdiyyəsi bir qrup müharibə veteranına iyunun 16-da şəhərin Azadlıq meydanında mitinq keçirməyə icazə verib.

Mitinqdə sosial tələblər səsləndiriləcək. Veteranlar sosial paketin yaxşılaşdırılmasını, pensiyaların artırılmasını, ictimai nəqliyyatdan pulsuz istifadə hüququ, kommunal xidmətlərdən istifadəyə görə haqqın 50% endirilməsini tələb edirlər.//apa//

AzNews.az