Hesablama Palatasının hesabatı Milli Məclisə daxil olub

5 Aprel 2021 11:01 (UTC+04:00)

“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatı Milli Məclisə daxil olub.

Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.