“Səksəkə içində yaşamışam” - Əhməd Əhmədzadənin vida nitqi

5 Aprel 2021 11:11 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə bir neçə gün öncə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ə.Əhmədzadə ASC-nin kollektivi ilə sağollaşarkən maraqlı anlar yaşanıb.

Belə ki, sabiq sədr çıxışında illərdir rahat yaşamadığını söyləyib: “Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”.

AzNews.az