Teleaparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirildi

5 Aprel 2021 13:37 (UTC+04:00)

Koronavirusa yoluxan teleaparıcı Aytən Səfərova "Yeni klinika"ya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb. Aparıcı bildirib ki, müalicəsini xəstəxanada davam etdirir.

Qeyd edək ki, Aytən Səfərovanın həyat yoldaşı və qaynanası da koronavirusa yoluxub.