Evdən külli miqdarda qızıl və pul oğurlandı- Bakıda
14 İyun 2013 08:49 (UTC+04:00)
Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Yasamal 1 ev 6, mənzil 25 ünvanında Qarayev Vəli Xanbala oğluna məxsus evdən 40 min manat dəyərində qızıl-zinət əşyaları, 6 min dollar və 500 manat pul oğurlanıb.
Hadisə evdə kimsənin olmadığı vaxtda baş verib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.
AzNews.az