Xalq artistinin ölüm səbəbi açıqlandı

5 Aprel 2021 16:29 (UTC+04:00)

Xalq artisti Rəmiş COVID-19 virusundan vəfat edib.

Bunu Lent.az-a aşıqlamasında Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov bildirib.

İcraçı direktor qeyd edib ki, Rafiq Hüseynov (Rəmiş) ilk günlər xəstəxanaya gələrkən koronavirus infeksiyasına yoluxmamışdı: "O, qaraciyər serrozundan və ağ ciyər xəstəliklərindən əziyyət çəkirdi. Novruz bayramı ərəfəsində həyat yoldaşı Gülü xanım yanına gəlib-getdi və bundan sonra o səhhətindəki şikayətlər çoxaldı. Müalicə gedişatında Rafiq Hüseynovun COVID-19 xəstəsi olduğu məlum oldu. Koronavirusa yoluxması onun yanaşı xəstəliklərini daha da şiddətləndirdi”.