Oğuzda meşə yanır

5 Aprel 2021 17:31 (UTC+04:00)

Oğuz rayonun meşəlik ərazisində yanğın başlayıb.

Yanğın bu gün günorta saatlarında rayonun Xaçmaz və Mollalı kəndləri yaxınlığında, dağətəyi ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir.