7 rayonda qaz olmayacaq

14 İyun 2013 08:59 (UTC+04:00)
Xətai, Xəzər, Qazax, Ağstafa, Lənkəran, Xızı və Şamaxı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün 14 iyun tarixində saat 09:00-dan saat 18:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla "Şamaxı" Avtomatik Qazpaylayıcı Stansiyasından, saat 09:00-dan saat 18:00-dək isə "Giləzi", "Ağköynək" Avtomatik Qazpaylayıcı Stansiyalarından, "Lənkəran", "Qazax", "Köçəsgər" Qazpaylayıcı Stansiyalarından, "Mərdəkan bağları" Qazpaylayıcı Stansiyasından qidalanan "Mərdəkan bağları" ölçü qovşağında və "Zığ" Qazpaylayıcı Stansiyasından qidalanan "Dənizçilik məktəbi" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Qazax rayonuna, Lənkəran şəhərinə, Xəzər rayonunun Mərdəkan, Şüvəlan qəsəbələrinə, Xətai, Xızı, Ağstafa, rayonlarının bir hissəsinə, Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az