İki nəfər bıçaqlandı - Bakıda

14 İyun 2013 09:08 (UTC+04:00)
Bakıda iki nəfər bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Balaxanı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Orxan Elbrus oğlu Hüseynov naməlum şəraitdə bıçaqlanıb.

Digər hadisə isə rayonun Zabrat qəsəbəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü İlqar Canbaxış oğlu Cənnətov naməlum şəraitdə bıçaqlanıb.

Hər iki şəxs xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.

AzNews.az