Çin səfiri Türkiyə XİN-ə çağırılıb

6 Aprel 2021 20:13 (UTC+04:00)

Çinin Türkiyədəki səfiri Cui Vei Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb səfirliyin İYİ Partiya başqanı Meral Akşener və Ankara Böyük şəhər Bələdiyyəsinin başqanı Mansur Yavaşı hədələməsidir.

Qeyd edək ki, hər iki siyasətçi aprelin 5-də Kaşqar vilayətinin Barın qəsəbəsində törədilən qətliamın 31-ci ildönümü ilə bağlı paylaşım edib.

Bu paylaşımdan sonra səfirlik sosial media hesabında bunları yazıb: "Çin tərəfi haqlı qarşılıq vermə haqqını özündə saxlayır".

Səfirlik onların hər ikisini paylaşımda etiketləyib.(Apa)

AzNews.az