ÜST səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir

6 Aprel 2021 21:17 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir.

"Reuters"in verdiyi xəbərə görə, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris mətbuat brifinqində deyib.

"ÜST olaraq bu mərhələdə peyvənd pasportunun giriş və ya çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", -deyə ÜST-ün sözçüsü bildirib.

O, həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq.(Apa)

AzNews.az